"Rasim Balayevin vəziyyəti normaldır”.
Bu sözləri Bakupost.az -a açıqlamasında Xalq artistinin oğlu bildirib.
“Qətiyyən həkimlik vəziyyət yaranmayıb. Çox yaxşıdır, istirahət edir. Səhhətində hər hansı problem olmayıb. Mən bu məlumatları yayanlara demişdim ki, təkzib etsinlər. Özbaşına ağızlarına gələni yazıblar”, - deyə o əlavə edib.
Qeyd edək ki, mətbuatda Rasim Balayevin əsəb pozğunluğu keçirməsi ilə bağlı məlumatlar yayılmışdı.