Hər 100 körpədən birində baş verir - Valideynlər diqqət!

  • 2026.02.16 23:13
  • 171 Baxış
Hər 100 körpədən birində baş verir -   Valideynlər diqqət!

Türkiyəli uşaq kardioloqu professor Dr. Ertürk Levent, anadangəlmə ürək xəstəliyinin dünyada hər 100 doğuşdan birində baş verdiyini bildirib.

Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, bütün uşaqlar xüsusən də bir yaşına çatana qədər ürək müayinələri olunmalıdır:



"Bəzi körpələrə ana bətnində diaqnoz qoyulur və doğuşdan dərhal sonra müalicəyə başlanılır.

Vaxtında müdaxilə edilməzsə, reanimasiya prosesləri uzana bilər. Uşaqların sağlam olması üçün düzgün işi düzgün vaxtda görməliyik. İdmanla məşğul olacaq uşaqlar üçün başlamazdan əvvəl ürək müayinələrini tövsiyə edirik. Hər həftə yalnız klinikamızda ürək qüsurları, klapan problemləri və damar daralması kimi xəstəlikləri olan 3-5 xəstəyə diaqnoz qoyuruq."

Aygün
Medicina.az