Hər gün alkoqol içənlərdə yaranan - 8 ağır fəsad

  • 2023.05.03 18:18
  • 2351 Baxış
Hər gün alkoqol içənlərdə yaranan  - 8 ağır fəsad
Uzun müddət və həddindən artıq çox spirt istehlakı çoxsaylı patoloji xəstəliklərə səbəb olur.


“Mediicina” xəbər verir ki, həkim – terapevt Tamara İlinskayanın sözlərinə görə, içkinin zərəri miqyası düşündüyümüzdən də çox olur.

Hər gün içənlər nə ilə üzləşə bilər?

Ağıl-zəkanın azalması. Alkoqoldan sui-istifadə sinir hüceyrələrinin ölməsinə və beyin toxumasının kiçilməsinə gətirib çıxarır, nəticədə zəkanın pisləşməsinə səbəb olur.

Üz şişkin görünür. Əgər vaxtaşırı çoxlu spirt içirsinizsə, illər keçdikcə üzün dərisi getdikcə daha boş və şişkin olacaq.


Xərçəng riski artır. İçki ağız -boğaz, həmçinin qida borusu xərçənginə tutulma riskini artırır. Bir şəxs əlavə olaraq siqaret çəkirsə, bu risk dəfələrlə yüksəlir.

Zəifləmiş ürək. Terapevt İlinskayanın sözlərinə görə, alkoqoldan sui-istifadənin ümumi nəticələri yüksək qan təzyiqi və hipertoniya, aritmiya və ürək əzələsinin iltihabının inkişafıdır.

Qaraciyər iltihablanır. Qaraciyər demək olar ki, hər damla spirtin parçalanması prosesində iştirak edir. Tez-tez spirt istehlakı onun şişməsinə, iltihabına, piylənmə və sirrozuna gətirib çıxardır.

Periferik sinirlər zədələnir. Həddindən artıq spirt istehlakı nəticəsində əllərin titrəməsi meydana gəlir.

Mədəaltı vəziyə mənfi təsir edir. Sərxoşluq fonunda mədəaltı vəzi öz funksiyasını pozur, nəticədə yağlar pis həzm olunur.

Həzm pisləşir. Müntəzəm alkoqol qəbulu ilə bağırsaqlarda qida maddələrinin daşınması və həzmi pozulur. Nəticədə bədən həyati qida maddələri ilə kifayət qədər təmin olunmur.

Aygün Musayeva