Hər gün yediyiniz – Xərçəng yaradan 7 qida

  • 2023.11.23 17:30
  • 1689 Baxış
Hər gün yediyiniz  – Xərçəng yaradan 7 qida

Nəyə görə kolbasa sevənlər alma ilə dost olmalıdır?

“Medicina” xəbər verir ki, endokrinoloq Fatima Tamerlanovna kanserogenli populyar qidaları sadalayıb.


“Elə qidalar var ki, özünün tərkibində xərçəng oyadıcı kanserogen maddələr var. Elə qidalar da olur ki, bu maddə bişirilərkən və ya qızdırıldıqda yaranır.

Kanserogen elə bir maddədir ki, DNT proqramlarını pozur, hüceyrələri iltihablandırır, şişləri aktivləşdirir.

Onların təsiri və zərəri 20 il çəkən prosesdir, insan illərlə bunu hiss etmir.

Hər gün, hər həftə istifadə edilən çox qidalarda kanserogen var, bunlar:

- Hətta nitrit və nitratlı meyvə, tərəvəz
- Tərkibində E 121, E123 maddəsi olan qidalar
- Alkoqol içkilər, etanol özü də kanserogendir

- Eləcə də bişlirilən zaman kanserogen yaranan qırmızı ət: hisə verilməsi, konserv, fermentasiya
- Dəfələrlə qaynar yağda, marqarində qızardılan kartof fri, sosis, çips, ət və s.

- Ayrıca olaraq, şəkəri qeyd etmək lazımdır. Çox miqdarda piylənməyə səbəb olur. Bu isə onkoloji xəstəlik riskini artırır.

Aygün Musayeva