Həşərat dişləməsindən sonra bu əlamətlər varsa, həkimə müraciət edin

  • 2026.08.07 22:28
  • 169 Baxış
Həşərat dişləməsindən sonra bu əlamətlər varsa,  həkimə müraciət edin

Uzman pediatr Züleyxa Ziyadova uşaqlarda həşərat dişləməsi ilə bağlı tövsiyələr verib.

Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, bəzi hallarda mütləq həkimə müraciət etmək lazımdır:

"Həşərat dişləməsindən sonra yaranan yüngül qızartı, qaşınma və kiçik şişlik adətən normal hesab olunur. Lakin bəzi hallarda orqanizmin reaksiyası daha ciddi ola bilər. Xüsusilə nəfəs almaqda çətinlik, üz və dodaqlarda şişkinlik, sürətlə yayılan qızartı və ya yüksək qızdırma kimi əlamətlər müşahidə olunarsa, vəziyyəti diqqətdən kənarda qoymaq olmaz.

Eyni zamanda, dişləmə yerində irinləmə, güclü ağrı və ya ümumi vəziyyətin pisləşməsi infeksiya və ya ciddi allergik reaksiyanın göstəricisi ola bilər. Belə hallarda vaxtında həkimə müraciət etmək mümkün ağırlaşmaların qarşısını almağa kömək edir".

Aygün
Medicina.az