Heyvanı balla qarışdırıb yesəniz, orqanizmdə nə baş verər?

  • 2017.10.12 14:39
  • 17555 Baxış
Heyvanı balla qarışdırıb yesəniz, orqanizmdə nə baş verər?
Heyva ilə balın qarışığı müalicəvi təsirə malikdir.


Medicina.az publika.az-a istinadən oxucuları heyva ilə balın müalicəvi xüsusiyyətləri ilə tanış edib.


Ballı heyvanın tərkibindəki maddələr damar yollarını açır, ürək damar xəstəliklərini qarşısını alaraq iflic riskini aradan qaldırır. Balın heyva ilə birlikdə istifadəsi ürək bulanma və qusmanın qarşısını alır. Heyva və balın antioksidant xüsusiyyəti bədəndə bakteriya və göbələk əmələ gəlməsinin qarşısını alır.

 


Yüksək lif ehtiva edən heyvanı balla qarışdırıb yedikdə şirniyyat ehtiyacını qarşılayır, həm də kökəlməyə qoymur.


Qan artıran xüsusiyyətə malik olan heyva və bal allergik xəstəliklərə də yaxşı təsir edir.


Sidikqovucu təsirləri ilə tanınan heyva ilə balın qarışığı həzm sisteminin fəaliyyətini yaxşılaşdırır.