Həzmi aktivləşdirən, mədənin dostu – Bitkilər

  • 2023.07.25 12:21
  • 1795 Baxış
Həzmi aktivləşdirən, mədənin dostu  – Bitkilər
İnsan orqanizmi təbii otlarla daha effektiv müalicə olunur. Lakin bunun üçün həkimlə məsləhətləşmək mütləqdir. Çünki, insan orqanizmi individualdır. Adi bitkinin belə yan təsirləri ola bilər.


“Medicina” xəbər verir ki, fitoterapist Olqa Moronun sözlərinə görə, bitkilərin faydalı xüsusiyyətlərini saxlaması üçün məhsul yığımı texnologiyası haqqında müəyyən biliklərə sahib olmaq lazımdır.

Həm də bu, gündəlik həyatda əldə etmək həmişə mümkün olmayan xüsusi şərtlər tələb edə bilər. Buna görə də apteklərdən dərman bitkilərini almaq daha məsləhətdir.


“Mədə - bağırsaq problemlərindən əziyyət çəkən insanlar üçün evdə bu otlar olmalıdır:

Çobanyastığı. Həzmsizlik, ürək yanması, yüksək turşuluq, həmçinin kolikası olan uşaqlar üçün çox təsirli bir vasitədir.
Yovşan. Bu bitkini təşkil edən maddələr həzmsizlik əlamətlərini aradan qaldırır, şişkinliyi azaldır və həzm şirələrinin sərbəst buraxılmasına kömək edir.

Yaşıl çay. Araşdırmalar göstərib ki, bu bitkinin tərkibində olan katexin flavonoidləri mədə xoralarının sağalmasına kömək edir və xəstəliyin təkrarlanmasının qarşısını alır.

Nanə. Bağırsaqları rahatlaşdırmaq qabiliyyətinə görə, spazmı aradan qaldırır, ağrıları tez və əhəmiyyətli dərəcədə azaldır. Nanə ürəkbulanmanı aradan qaldırır və ümumiyyətlə, hər hansı həzm pozğunluğu üçün faydalıdır.

Bəlğəmotu. Bu bitki su ilə təmasda, mədəaltı vəzinin selikli qişasını sakitləşdirən viskoz maye əmələ gətirir. Mədə xorası və kolitdə çox faydalıdır.

Həmçinin aloe, şüyüd toxumu, zəncəfil, kələm suyu, zərdəçal, alma sirkəsi də həzm orqanlarına faydalı təsir göstərir”.

Günay Quluzadə