Honq-Konq qripi təhlükəsi artır- Epidemiya ola bilər?

  • 2023.11.15 15:04
  • 1467 Baxış
Honq-Konq qripi təhlükəsi artır - Epidemiya ola bilər?

Corc Meyson Universitetinin professoru Ança Baranova H3N2 virusunun epidemiyaya çevrilmə təhlükəsi daşıdığını bildirib.

"Medicina" xəbər verir ki, H3N2 qripi ilk dəfə 1960-cı illərin sonlarında ortaya çıxıb və ağır xəstəliyə səbəb olub.


"Qrip halında mutasiyalar adətən tədricən baş verir, lakin Honq Konq qripi ilə eyni vaxtda bir neçə ciddi mutasiya baş verib. Bu, virusu insan orqanizmi üçün tamamilə yeni, ona qarşı immunitetdən məhrum edib.

Zaman keçdikcə H3N2 qripi mövsümi qripin bir hissəsinə çevrildi. Bu virusa qarşı peyvənd var. Ona görə ciddi epidemiya olacağı sual altındadır".


Aygün Musayeva