İdmandan sonra duş qəbul edənlərin nəzərinə

  • 2026.07.28 15:36
  • 94 Baxış
İdmandan sonra duş qəbul edənlərin nəzərinə

Radioloq Xose Manuel Felises idmandan dərhal sonra duş qəbul etməyin sağlamlıq üçün risk yarada biləcəyi barədə xəbərdarlıq edib.
Medicina.az xəbər verir ki, bu barədə Fransız mətbuatı yazıb.

Bildirilib ki, fiziki fəaliyyətdən sonra orqanizmdə bədən temperaturu, ürək döyüntüsü və qan dövranı bir müddət yüksək səviyyədə qalır. Bu vaxt çox isti və ya çox soyuq su ilə duş qəbul etmək başgicəllənmə, təzyiqin enməsi və hətta huşun itirilməsi ilə nəticələnə bilər.

Mütəxəssis idmandan sonra ən azı 10–15 dəqiqə gözləməyi, bu müddətdə yüngül hərəkət etməyi, su içməyi və orqanizmin sakitləşməsini gözləməyi tövsiyə edir. Daha sonra isə ilıq su ilə duş qəbul etmək məsləhət görülür.

Xanım,
Medicina.az