İmmunoloqdan tövsiyə - Əlləri gündə neçə dəfə yumaq lazımdır?

  • 2024.06.03 18:03
  • 4399 Baxış
İmmunoloqdan tövsiyə  - Əlləri gündə neçə dəfə yumaq lazımdır?

İmmunitetə dəstək məqsədilə respirator virus infeksiyalarından qorunmağın birinci şərti əlləri təmiz saxlamaq və çirkli əlləri ağız, göz, buruna vurmamaqdır.

“Medicina” xəbər verir ki, professor Andrey Prodeus əl yuma normasını açıqlayıb.

“Sutkada maksimum 7-8 dəfə əlləri sabun, isti su ilə yumaq və ya dezinfeksiya etmək yoluxma riskini azaldır.


İndi çoxları xəstəlikləri ayaqüstü keçirir, işə gedir, ictimai yerlərdə gəzir, bu ətraf üçün təhlükədir, ona görə insan öz müdafiəsi barədə özü düşünməlidir.


Nəzərə alın ki, nə kovid, nə qrip nə quş qripi heç yerə itməyib”.


Aygün M