İmtahanda iştirak edənlərdən vaksinasiya pasportu tələb ediləcək? - CAVAB

  • 2021.01.29 12:01
  • 2434 Baxış
İmtahanda iştirak edənlərdən vaksinasiya pasportu tələb ediləcək? -  CAVAB

“İmtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb olunmayacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Sədr qeyd edib ki, DİM pandemiya ilə əlaqədar tərtib olunan qaydalara əməl edir:

“İmtahanda iştirak edən hər bir bakalavr, abituriyent bəyannamə imzalayır ki, xəstə deyil və xəstə şəxslə kontakta olmayıb. Biz sadəcə təqdim olunan bəyannaməyə baxırıq”.

“Hərarəti olanlar da imtahana buraxılmır”, - deyə o əlavə edib.