İndi ən vacib qorunma tədbiri budur – ÜST nümayəndəsi

  • 2020.06.25 17:36
  • 1964 Baxış
İndi ən vacib qorunma tədbiri budur  – ÜST nümayəndəsi


“Azərbaycanda virusa yoluxma artır. İndi qorunmanın yeganə yolu fiziki məsafənin qorunmasıdır. İnsanlara yaxın durmayın. İctimai yerlərdə 2 metr fiziki məsafəni saxlayın”.

Bunu bugünkü brifinqdə ÜST rəsmisi Hande Harmançı deyib. O, insanlara çağırış edib.

“Virusun yayılmasının qarşısını almaq hamımızın məsuliyyətidir. Siz virusla mübarizənizlə başqalarına yaxşı nümunə olun.

Bildiklərinizi özünüzdə saxlamayın, paylaşın. Başqalarını da qorumaq üçün çalışın. İnsanları məsafəyə, düzgün davranmağa çağırın”.