İntim “oyuncaqlar” qadın sağlamlığı üçün faydalıdır - Alimlər

  • 02 İyn 2022 15:40
  • 12319 Baxış
İntim “oyuncaqlar” qadın sağlamlığı üçün faydalıdır  - Alimlər


Alimlər həkimlərə qadınlara böyüklər üçün olan xüsusi oyuncaqlar təyin edilməsini tövsiyə edib.


Bakupost.az xəbər verir ki, müntəzəm olaraq belə vasitələrin istifadəsi qadının psixoloji, ginekoloji, ürək-damar və hormonal sistemin sağlamlığına müsbət təsir edir.

Bu fikrə ABŞ Cedar-Sinai tibbi mərkəzinin tədqiqatçıları gəlib.
Alimlər bu mövzuda 21 elmi işin metanalizni aparıb.

Xüsusən qadınlar üçün olan vibratorların sağlamlığa təsirini araşdırıb.

Nəticələr göstərib ki, bu kimi intim cihaz və “oyuncaqları” müntəzəm istifadə edən qadınlarda seksual sağlamlıq yaxşılaşır, kiçik çanaq orqanlarında xroniki ağrılar, sidik saxlamama və uşaqlıq sallanması aradan qalxır, qan dövranı yaxşılaşır, stress hormonları azalır.
Çoxsaylı həzz imkanları qadında libidonu artırır.

Belə nəticəyə gəlinib ki, bu əşyalara seks üçün əyləncəli oyuncaq kimi yox, həm də tibbi baxımdan terapevtik metod kimi yanaşmaq lazımdır.


Qadın sağlamlığı üzrə mütəxəssislərə pasiyenlərə müalicə məqsədilə belə “oyuncaqlar”ın reseptə yazılması məsləhətdir. Bu bir çox qadın xəstəliklərini profilaktika edə bilər.


Aygün Musayeva
BakuPost