İntim oyuncaqlardan cinsi xəstəliklər keçir – Veneroloqlar

  • 2023.10.03 21:56
  • 1898 Baxış
İntim oyuncaqlardan cinsi xəstəliklər keçir   –  Veneroloqlar

Son zamanlar dəbdə olan seks oyuncaqlar cinsi xəstəlik mənbəyidir.

“Medicina” xəbər verir ki, veneroloq Yekaterina Kandinskaya həm kişi, həm də qadınları xəbərdar edib.

“Bu oyuncaqlarla nəinki partnyordan, həm də özünüz özünüzdən yoluxa bilərsiz. Əgər insanın infeksiyası olub, müalicə alıbsa, həmin oyuncağı yenidən istifadə etdikdə, yoluxma riski artır.

İntim oyuncaqları istifadədən sonra ciddi dezinfeksiya etmək lazımdır. Onlar müxtəlif materialdan olur və səthlərində bakteriya və viruslar qalır.

Silikon, plastk, şüşə və poladlar sadəcə isti su və sabunla yuyulmalıdır.

Bu oyuncaqlara prezervativ taxıb istifadə etmək lazımdır. Lateks, rezin, kauçuk, elastomerdə daha çox mikrob qalır.
Mütləq cinsi partnyor üçün ayrıca oyuncaq alınmalıdır. Ondan venereloji xəstəliklər barədə soruşmaq lazımdır”.

Aygün Musayeva