İranda koronavirus səngimir - 3000 yoluxma

  • 2020.06.01 14:14
  • 2237 Baxış
İranda koronavirus səngimir  - 3000 yoluxma

İranda koronavirusa yoluxanların sayı yenə artıb.

Medicina.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə daha 2 929 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 154 445-ə çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 81 nəfər artaraq 7 878 nəfərə yüksəlib.

O həmçinin 2 578 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.