İstidə rahat yatmaq üçün ən yaxşı poza açıqlandı

  • 2023.08.10 21:55
  • 1706 Baxış
İstidə rahat yatmaq üçün ən yaxşı poza    açıqlandı
Çox insanlar yayda istidən normal yuxu ala bilmir.


“Medicina” xəbər ki, terapevt İrina Andreyeva yayda rahat yatmaq üçün 2 məsləhət verib.


“Bədəni lazımi miqdarda maye, su ilə təmin etmək və gün ərzində orta yüngül fiziki məşq və gimnastika isti havada normal yuxuya getmənizi təmin edəcək.

Əgər isti günlərdə yuxu da yaxşı olmasa, gün ərzində yorğun olacaq, gündəlik işlərinizi görə bilməyəcək, isti havadan digər xəstəliklərin olma riski yaranacaq.

Eyni zamanda yataqda xüsusi poza seçməlisiz.

İsti havada sağ böyrü üstə yatmağı sınamalısız. Çünki bu halda bədən hava dövranında olur. Ən uyğunsuz vəziyyət kürəyi üstə yatmaqdır. İstidə bədəndən istiliyin yüngül çıxmasını təmin etmək lazımdır.

Eləcə də yataq vasitələriniz, döşək, mələfə yay fəslinə uyğun materiallardan olmalıdır. Yayda başınızı isti, ayaqlarınızı sərin saxlayın”.


Aygün Musayeva