İtaliya sərhədlərini turistlərə açdı

  • 2020.06.03 17:45
  • 2671 Baxış
İtaliya sərhədlərini turistlərə açdı

İtaliya sərhədlərini turistlərə açıb, regionlar arası səyahət məhdudiyyətləri ləğv edilib

Bu gündən etibarən Avropa İttifaqına (Aİ) üzv 26 ölkədən, həmçinin İslandiya, Norveç, İsveçrə, Böyük Britaniya, Andorra, Monako, San Marino və Vatikandan gələn turistlərin İtaliyaya girişi ilə bağlı qadağalar ləğv olunur.


İtaliyanın üç böyük şəhəri - Milan, Roma və Neapola beynəlxalq uçuşlar bərpa olunur.

Ölkənin regionları arasında səyahət məhdudiyyətləri ləğv edilib.

Qadağaların aradan qaldırılmasını elan edən İtaliyanın Baş Naziri Cuzeppe Konte televiziyada çıxışı zamanı koronavirusa yoluxma riskinin arta biləcəyini deyib