Dünya mətbəxinin ən sevilən ləzzətlərindən biri olan spagetti İtaliya mədəniyyətinin vazkeçilməz hissəsidir. Ancaq italyanlar yeməkdən əvvəl spagettini heç vaxt qırmırlar.
Medicina.az xəbər verir ki, İtaliya deyildikdə ağıla ilk gələn şeylərdən biri şübhəsiz ki, makarondur.
Bununla belə, italyanlar çox həssasdırlar və makarondan bəhs edərkən adət-ənənələrinə sadiqdirlər. Spagetti kimi uzun makaronlara gəldikdə bu həssaslıq daha da artır.
Bir çox insan spagettini qazana sığdırmaq üçün sındıraraq bişirməyə üstünlük versə də, italyanlar bu davranışı “günah” kimi qiymətləndirirlər.
Ənənələrə hörmət
Spagetti parçalamamaq İtalyan kulinariya mədəniyyətinə hörmət əlamətidir. Əsrlərdən bəri bu ənənə davam edir.
Dad balansı pozulur
Spagetti qırılanda həm bişmə vaxtı bərabər olmur, həm də sousla bütünləşmə sürəti azalır. Tam uzunluqlu spagetti sousu daha bərabər şəkildə daşıyır.
Qida estetikası
İtalyanlar üçün yemək sənətin bir qoludur. Spagetti kimi uzun makaronlar boşqabda çevrilərək yeyilir. Qırılan spagetti bu zövqü və estetik təqdimatı poza bilər.
Mədəni kimlik
Spagettini sındırmamaq italyanların yeməklərinə nə qədər dəyər verdiklərini və onu milli kimliklərinin bir hissəsi kimi gördüklərini göstərir. Ona görə də kiçik görünən bu detal əslində böyük məna daşıyır.
Aygün
Medicina.az