İtirilmiş enerjinizi banan pəhrizi ilə bərpa edin - Digər FAYDALARI

  • 2018.04.30 15:56
  • 21027 Baxış
İtirilmiş enerjinizi banan pəhrizi ilə bərpa edin - Digər  FAYDALARI
Banan hər orqanizm üçün faydalı meyvədir.

 

Bəs 4 gün ardıcıl edilən banan pəhrizinin insan vücuduna nə kimi faydaları var?

 

Medicina.az əsas məqamları təqdim edir:


İtirilmiş enerjini bərpa edir. Bananın tərkibinin 74 faizi sudur. Tərkibində bol miqdarda karbohidrat olan banan bütün gün enerjili qalmağınızı təmin edir. İdmana başlamazdan əvvəl və sonra banan yeyən idmançıların enerjili qalmasının səbəbi də budur. 


Həmçinin arıqlamağa kömək edir - Gün ərzində hər naharda 3 ədəd banan yeyərək, asan şəkildə arıqlaya bilərsiniz. İstəsəniz, bananı su və süd ilə qarışdırıb yeyə bilərsiniz. Gündəlik istifadə ilə bel nahiyənizdəki yağların qısa zamanda yandırıldığına da şahid olacaqsınız.

 

Həzm sistemini tənzimləyir - 4 gün ərzində banan yeməyin faydalarından biri həzm sistemini tənzimləməsidir. Qəbizliyə də faydası olduğu bilinən banan lif baxımından zəngin bir məhsul olduğu üçün həzm sistemi üzərində müsbət təsirə malikdir.