Canavarlar insanlarla itlərdən xeyli əvvəl dost olublar.
Bu, Stokholm Universitetinin tədqiqatçılarının gəldiyi nəticədir.
“Medicina” xəbər verir ki, İsveçdə alimlər sübut ediblər ki, bu heyvanlar tanış insanlarla yad insanları ayırd edə bilirlər. Üstəlik, tanış insanlara daha çox rəğbət bəsləyirlər. Üstəlik, tanış insanlar hətta stress vəziyyətində canavarları sakitləşdirə bilirlər.
Canavarların reaksiyaları göstərir ki, onlar itlər bizim dostumuz olmamışdan çox əvvəl insanlara bağlı ola bilərdilər, çox güman ki, bu, təxminən 15.000 il əvvəl baş vermişdi.
Bu, 10 canavar və 12 itin sınağının nəticələridir. Tədqiqatçılar bu heyvanların qeyri-adi və stresli vəziyyətlərdə necə davranmaları ilə maraqlanıblar.
Canavarlar tanış insanlara daha çox məhəbbət göstərir, onlara yaxınlaşır və onlarla daha çox vaxt keçirir, hətta salamlaşırlar. Sübut olunub ki, canavar da itlər kimi yad adamlardansa tanış insanlara üstünlük verir. Ədalət naminə demək lazımdır ki, bir çox elm adamının inandığı kimi, itlərin özləri də canavarlardan törəyiblər.
Aygün Musayeva