İTV əməkdaşlarına hücum edən aptek sahibi saxlanıldı

  • 2020.06.08 18:26
  • 1838 Baxış
İTV əməkdaşlarına hücum edən aptek sahibi saxlanıldı

İctimai Televiziyanın (İTV) əməkdaşları Bərdədə aptek sahibi tərəfndən təzyiqə məruz qalıblar.

Medicina.az xəbər verir ki, Bərdədə apteklərdə tibbi maskanın satış qiymətləri haqqında süjet hazırlamaq istəyən çəkiliş qrupu təzyiqlə üzləşib.

Belə ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş redaktoru Şöhrət Eyvazovun sorğu keçirdiyini görən aptek sahibi İsak Cəfərov çəkiliş media nümayəndələrinə hücum edərək kameranı sındırmağa və çəkilişi sildirməyə çalışıb.

Maskanı istədiyi qiymətə sata biləcəyini iddia edən İsak Cəfərov Şöhrət Eyvazov və operator Vüsal Quliyevə fiziki zor tətbiq etməyə çalışıb və onları aptekdən çıxmağa qoymayacağını bildirib.

Şöhrət Eyvazovun Daxili İşlər Nazirliyinin qaynar xəttinə - 102 xidmətinə zəngindən sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən aptek sahibi Cinayət Məcəlləsinin 221 maddəsinə əsasən “ xuliqanlıq” maddəsiylə saxlanıb.