İyulda nə yeyək ? - Ən sağlam tərəvəzlər

  • 2023.06.23 17:23
  • 2184 Baxış
İyulda nə yeyək ?    -   Ən sağlam tərəvəzlər
Təbii tərəvəzlər öz fəslində yeyilərsə orqanizmə də müsbət təsirini göstərəcək. Bu mövsüm kabak ( kobaçki) yemək lazımdır. Bu tərəvəz karotenoidlər, B1, B2 və C vitaminləri ilə də zəngindir.



“Medicina” xəbər verir ki, eləcə də iyulun əsas tərəvəzi aşağı kalorili badımcan “pis” xolesterinin əmələ gəlməsinin qarşısını alır.

Tərkibində B qrupu vitaminləri, C vitamini, PP, karotin, kalium, dəmir, kalsium, maqnezium, natrium və fosfor var.


Yeni çıxan yerkökü B, PP, C, E, K vitaminləri, karotin, kalium, dəmir, fosfor, maqnezium, kobalt, mis, yod, sink, xrom, nikel və flüorla zəngindir. Bu tərəvəz görmə üçün faydalıdır, dərini, saçı, dırnaqları gücləndirir, ağciyərlərin fəaliyyətini yaxşılaşdırır.


Xroniki xəstəliklərin və patologiyaların inkişaf riskini azaltmaq üçün mütəxəssislər acı və şirin bibər yeməyi məsləhət görürl. Tərkibində çoxlu faydalı mikroelementlər (kalsium, kalium, fosfor, natrium, manqan, dəmir, sink və selenium), A, C, PP, K, B qrupu vitaminləri var.

Pomidor C, A vitamini, maqnezium və qocalma prosesini ləngidən, damarların aterosklerotik tıkanıklığından və onkologiyanın inkişafından qoruyan unikal antioksidant maddə olan likopenlə zəngindir.

Xiyar seçərkən kiçik sortlara üstünlük verin. Xiyar 95% sudur, tərkibində kalium, maqnezium, sink, mis, manqan, dəmir, xlor, yod, A, B1, B2, C vitaminləri var və liflə zəngindir.

Şüyüd, cəfəri və soğan fitonsidlərlə zəngindir, bunlar soyuqdəymə ilə mübarizə aparmağa kömək edən antibakterial təsir göstərən maddələrdir.

Reyhan antiviral, sidikqovucu, analjezik və yüngül sakitləşdirici təsirlərə malikdir.

Simli lobya və gənc yaşıl noxud bitki zülalının əla mənbəyidir, antioksidant ehtiva edir və arıqlamağa kömək edir.


Aynurə Məmmədova