Kadir İnanır evə buraxıldı

  • 2024.04.04 13:25
  • 518 Baxış
Kadir İnanır  evə buraxıldı
Türkiyəli ustad sənətçi Kadir İnanır müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Medicina.az xəbər verir ki, martın 24-də Beykozdakı evində xəstələnən və Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılan sənətçi beynindəki laxtalanma nəticəsində insult keçirdiyi üçün ehtiyat tədbiri olaraq əməliyyat olunub.


Günlərdir reanimasiyada olan İnanırdan nəhayət ki, şad xəbər gəlib.

İnanır aprelin 1-də reanimasiyadan çıxarılaraq palataya aparılıb

Sənətçi bu gün xəstəxanadan buraxılıb.



Aygün
Medicina.az