Kardiologiya institutunda yeni laboratoriya açıldı

  • 2022.09.20 15:56
  • 349 Baxış
Kardiologiya institutunda yeni laboratoriya açıldı

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyanın açılışı olub20.09.2022 14:59
Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müasir avadanlıqlarla təchiz edilmiş yeni laboratoriyanın açılışı olub.


"Medicina" xəbər verir ki, fasiləsiz, 24 saat xidmət göstərəcək laboratoriya ən müasir zəruri avadanlıqlarla təchiz edilib. Burada laborator yoxlamalar peşəkar həkim-laborantlar tərəfindən həyata keçiriləcək. Bu isə, xəstəliklərin vaxtında aşkar olunmasına imkan verəcək.


Təcili tibbi yardım, stasionar və reanimasiya şöbələrində müalicə alacaq xəstələrə vaxtında və əsaslandırılmış tibbi xidmətin göstərilə bilməsi üçün instrumental müayinələrlə yanaşı, beynəlxalq standartlara cavab verən laborator müayinələr də həyata keçiriləcək.


Mərkəzi laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya bölmələri fəaliyyətə başlayıb. Pre-analitik, analitik, post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil olunmuş laboratoriyanın fəaliyəti beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilərək təşkil olunub.


Bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriya “Mindray”, “Nüve” , “Beckman AU 480”, “Beckman coulter access 2 immunassay” kimi tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, hemotoloji, immunoloji və s. sistemləri ilə təchiz olunub.


Laboratoriyada keyfiyyətə nəzarət üçün həm daxili, həm də xarici nəzarət proqramları tətbiq olunub. Avtomatlaşdırılmış sıstemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb. Kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.


Müasir laboratoriyanın istifadəyə verilməsi dövlətimizin Azərbaycan vətəndaşlarının sağlamlığının təmin olunmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Aygün Musayeva