Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kim daha tez aşiq olur - Kişilər, yoxsa qadınlar?

  • 2025.05.21 23:16
  • 235 Baxış
Kim daha tez aşiq olur -  Kişilər, yoxsa qadınlar?

Statistik araşdırmalara əsaslanaraq, kişilərin qadınlara nisbətən orta hesabla bir ay tez aşiq olduqlarını bildirilir.

Medicina.az xəbər verir ki, yeni bir araşdırmaya görə, kişilər sevgi dediyimiz hissdən qadınlara nisbətən daha tez təsirlənir.

Avstraliya və Yeni Zelandiyada araşdırmaçılar qrupu 808 nəfər arasında sorğuların məlumatlarını araşdırıb.

İştirakçılar 18-25 yaşlarında olub və hamısı özlərini aşiq kimi təsvir ediblər.

Tədqiqatda istifadə edilən suallar əhatəli olub. Onlar aşiq olmanın vaxtı və tezliyi, iştirakçıların neçə dəfə aşiq olduqları və partnyorlarına nə qədər bağlı olduqlarını soruşublar.

Euronews-dan Çağla Ürenin verdiyi xəbərə görə, tədqiqatçılar statistik araşdırmalara əsaslanaraq kişilərin qadınlardan orta hesabla bir ay tez aşiq olduqlarını bildiriblər.

Aygün
Medicina.az