Kişi eyni anda kovid və meymunçiçəyinə yoluxdu

  • 2022.07.23 15:40
  • 2165 Baxış
Kişi eyni anda kovid və meymunçiçəyinə   yoluxdu


Amerikalı Mitço Tompson eyni vaxtda koronavirus və meymunçiçəyinə yoluxub.

Medicina.az xəbər verir ki, əvvəlcə onun kovid testi müsbət çıxıb.

Bundan sonra kürəyində, ayaqlarında, qollarında və boynunda kiçik qırmızı ləkələr əmələ gəlib.

Həkimlər onun COVID-19 və meymunçiçəyi xəstəliyinə tutulduğunu təsdiqləyib.

O, yataqdan çətinliklə qalxdığını və daim susuz olduğunu deyir.

ABŞ-da meymunçiçəyinə 500-ə yaxın insan yoluxub. Xəstəlik orda geniş miqyas alır.