Kişi orqazma qarşı allergiyadan əziyyət çəkir

  • 2025.12.27 21:03
  • 81 Baxış
Kişi orqazma qarşı allergiyadan əziyyət çəkir

Əgər bir kişi orqazm kimi prosesə allergiyası varsa, o dünyanın ən bədbəxt kişisi ola bilər.


“Medicina” xəbər verir ki, adı açıqlanmayan 27 yaşlı kişi hər cinsi əlaqədə ereksiyadan sonra qripəbənzər simptomlardan əziyyət çəkir. Bu səbəbdən o, cinsi əlaqədən çəkinməli olur.


İngiltərədən olan gənc kişi xəstəliyinin təxminən 10 il əvvəl başladığını və o vaxtdan bəri cinsi əlaqədən və hətta romantik münasibətlərdən qaçdığını deyib. Lakin mütəxəssislər onu tək olmadığına əmin etdilər.

Bu günə qədər dünyada tibdə 60 postorqazm sindromu halı müəyyən edilib. Öz spermasına qarşı allergik və ya otoimmun reaksiyalar bir çox kişinin əziyyətinin səbəbidir. Bu allergiyanın qurbanları orqazmdan sonra qızdırma, öskürək, burun axıntısı, əzələ zəifliyi, nitq pozğunluğu və diqqət və konsentrasiya problemləri ilə qarşılaşa bilərlər.

Mütəxəssislərin qeyd etdiyi kimi, orqazma qarşı allergiya boşalmadan sonra iki gündən bir həftəyə qədər davam edə bilər.


Bu pozğunluq qurbanının cinsi əlaqədə olmaq və ya mastürbasiya etmək istəməməsini təsəvvür etmək asandır. Lakin, çox az adam bu vəziyyətdən xəbərdar olduğundan, qurbanların faktiki sayının daha çox olması mümkündür.


Aygün Musayeva