Müasir həyat tərzi bir çox kişinin yuxu rejimini pozub. Gec yatmaq, telefon qarşısında uzun qalmaq, stress və iş yükü bədənin bioloji ritmini dəyişdirir. Halbuki sağlamlıq üçün yuxunun yalnız müddəti deyil, saatı da böyük əhəmiyyət daşıyır.
Medicina.az xəbər verir ki, mütəxəssislərin fikrinə görə, kişi üçün ən ideal yatma saatı əsasən 22:00–23:30 arası hesab olunur.
Çünki bu saatlarda bədən:
melatonin hormonunu daha aktiv ifraz edir,
sinir sistemini bərpa edir,
əzələləri yeniləyir,
hormon balansını qoruyur.
Xüsusilə gecə 23:00–03:00 arası yuxu bədən üçün ən dəyərli mərhələlərdən sayılır.
Kişilər üçün daim gecə:
1–2-dən sonra yatmaq,
telefona baxaraq yuxuya getmək,
gecə aktiv qalmaq bədəndə stress hormonlarını artırır.
Bu isə zamanla:
xroniki yorğunluq,
əsəbilik,
diqqət zəifliyi,
yaddaş problemləri,
hormon pozğunluğu,
qarın piylənməsi,
immunitet zəifləməsi yarada bilər.
Yetkin kişinin orta hesabla:
7–9 saat yuxuya ehtiyacı var.
Bəzi insanlar 6 saat yatdığını düşünsə də, uzun müddətdə yuxu çatışmazlığı:
ürək-damar sisteminə,
beyinə,
hormonlara,
psixoloji vəziyyətə mənfi təsir edə bilər.
Araşdırmalar göstərir ki, keyfiyyətsiz və az yuxu testosteron səviyyəsini azalda, enerji düşkünlüyü yarada , idman performansını zəiflədə bilər.
Aygün Musayeva