Kişilər başını gündə neçə dəfə daramalıdır?

  • 01 Avq 2022 15:54
  • 906 Baxış
Kişilər başını gündə neçə dəfə daramalıdır?


Kişilər başında az saç oldu-olmadı hər gün saçlarını daramalıdır.


Bakupost.az xəbər verir ki, Amerikanın tanınmış trixoloqu Melissa Dezarat kişilərə gündə 2 dəfə saçlarını daramağı tövsiyə edib.

Bir səhər oyanandan sonra, bir də axşam saçlar daranmalıdır.

"Hər gün saçları taxta dişli daraqla daramaq tük follikullarını möhkəmlədir, baş dərisində qan dövranını yaxşılaşdırır.

Daraq vasitəsilə piy vəzilərinin ifraz etdiyi yağ baş dərisinə bərabər yayılır, onlar saçları qurumaqdan, qırılmaqdan, saçqıranlardan qoruyur.

Eləcə də kişilər müntəzəm saç daradıqda keçəlləşmə, dazlaşmanı ilkin mərhələdə görə bilər.

Əgər darağa hər gün çox tük çıxırsa, deməli, keçəlləşmə başlayır.

Həm də kişilərin də gündəlik saç tökülməsi var. Hər gün 50 tük çıxıb, yatağa, divana, mətbəxə düşür. Ən yaxşısı onları darayıb tökməkdir".


Aygün Musayeva