Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirildi

  • 2023.01.20 13:39
  • 1283 Baxış
Kıvanç Tatlıtuğ  xəstəxanaya yerləşdirildi
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirilib.

Medicina.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçinin bir neçə gün öncə qidadan zəhərləndiyi məlum olub.

Dünən müalicəsindən sonra özünü yaxşı hiss edərək çəkiliş meydançasına gedən Kıvanç Tatlıtuğ çəkilişə hazırlaşarkən yenidən halı pisləşib. “Aile” serialının çəkilişi zamanı Kıvanç özünü yenidən pis hiss etdiyi üçün çəkilişlər dayandırılıb.


Qeyd edək ki, sözügedən ekran işində Tatlıtuğun tərəf müqabili Serenay Sarıkayadır.