Köhnə antidepressantlar ürək üçün təhlükəlidir

  • 2023.08.04 16:52
  • 1394 Baxış
Köhnə antidepressantlar ürək üçün  təhlükəlidir
Uzun illər geniş tətbiq edilən, köhnə məşhur antidepressantlar ürək xəstəliyi inkişafı riskini 3 dəfə artıra bilər.


“Medicina” xəbər verir ki, bu qənaətə Britaniya alimləri gəlib.


“Bizim tədqiqatımız öz sahəsində bir ilkdir, burda çox geniş masştabda insanlar – kişi, qadın, gənc, yaşlı, işsizi əhatə olunub” – deyə doktor Mark Hamer bildirib.

Nəzərə almaq lazımdır ki, hazırda antidepressantlar təkcə pisixi və depressiya xəstələrinə yazılmır, müxtəlif baş ağrısı, bel ağrısı, təşviş pozuntularında, hətta azyaşlılara da təyin olunur.

Alimlər köhnə istehsal, ilk buraxılış antidepressantların qəbulunun ürək xəstəliyi riskini 35% artırdığını müəyyən edib.
Yeni nəsil dərmanlarda isə belə nəticə yoxdur.

Köhnə istehsal dərmanlara triçiklik antidepressantlar – məsələn, amitriptilin aiddir. Bu dərmanların tərkibində olan maddələr ürək-damar sisteminə mənfi təsir edir.

Yeni nəsil isə serotonin inhibitorlarıdır.


Aygün M