Koronavirusa sutkalıq yoluxmada rekord

  • 23 Okt 2020 00:52
  • 10136 Baxış
Koronavirusa sutkalıq yoluxmada rekord
Dünyada sutka ərzində COVID-19-a yeni yoluxma halları rekord həddə çatıb.

Medicina.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd edilir ki, təhlükəli infeksiyaya bir gün ərzində 423 819 yeni yoluxma qeydə alınıb. Pandemiya ərzində virusa ümumi yoluxma 41 104 946 nəfərə yüksəlib.

Bundan başqa, bir gün ərzində virusdan ölüm hallarının sayı 6 424 pasiyentə, ümumilikdə isə 1 128 325 nəfərə yüksəlib.

Pandemiyanın əvvəlindən dünyada ümumilikdə 41,1 milyondan çox yoluxma qeydə alınıb. Eyni zamanda təhlükəli infeksiyaya yoluxmuş 20 milyondan çox insan sağalıb, milyondan çox koronavirus pasiyenti ölüb.