Koronavirusa yoluxan abituriyentlər necə imtahan verəcək?

  • 2020.06.01 14:35
  • 1386 Baxış
Koronavirusa yoluxan abituriyentlər necə imtahan verəcək?

Koronavirusa yoluxan və ya ailəsində koronavirusa yoluxmuş abituriyentlər üçün buraxılış imtahanları sentyabr ayında keçiriləcək.

Medicina.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərlə onlayn mətbuat konfransında açıqlayıb.

Qurum sədri bildirib ki, ali məktəblərə qəbul olmaq istəyən, lakin xəstələndiyi üçün imtahanda iştirak edə bilməyənlərin ali məktəblərə qəbulu bu il mümkün olmayacaq.