Koronavirusa yoluxma nə vaxt azalacaq? - Mütəxəssislərdən tarix

  • 2020.10.19 16:37
  • 2249 Baxış
Koronavirusa yoluxma nə vaxt azalacaq?  - Mütəxəssislərdən tarix

Hazırda bir çox ölkələr birinci dalğa, yəni yay pikindən də yüksək həddə yoluxma ilə üz-üzədir.

Medicina.az xəbər verir ki,Rusiya Səhiyyə nazirliyi ölkədə koronavirusla bağlı ağır durumun nə vaxt yumşalacağı barədə müəyyən hesablama və araşdırmalar aparıb.

Koronavirusa yoluxma 3 həftədən sonra azala bilər – deyə nazirliyin infeksion xəstəliklər üzrə mütəxəsssisi Vladimir Çulanov bildirib.


“Statistika göstərir ki, yaxın 2 həftədə yenidən yüksəlmə tempi olacaq, lakin indiki kimi dinamik olmayacaq. Sonra stabilizasiya dövrü başlayır. Bu virus xəstəliklərində həmişə belə olub. Yayda da belə oldu. Ola bilər ki, yeni ilə yaxın 2 həftədə yenə də kəskin yüksəliş olsun, bu da yenə də insanların məsuliyyətsizliyindən olacaq”.


Mütəxəssislər gələn ilin yanvarında yoluxmanın eniş xətti götürəcəyini bildirir.