“Koronavirusa yoluxmaq istəyirəm” - Ukrayna prezidentinin arzusu

  • 2020.06.09 13:37
  • 1153 Baxış
“Koronavirusa yoluxmaq istəyirəm”  - Ukrayna prezidentinin arzusu

Ukrayna Prezidenti Vladimir Zelenski könüllü olaraq koronavirusa yoluxmaq istəyib.

O, infeksiyanın “vəba olmadığını” insanlara göstərmək üçün bu qərara gəlib.

Dövlət başçısı köməkçilərinə bildirib ki, xəstələnərək administrasiyada təcrid olunmağı, sağalandan sonra isə insanların rahatlaşmasını arzulayır:

“Əsas odur ki, depressiya ilə bağlı söz-söhbətlər yığışsın. Başlanğıcda dəhşətli məqamlar vardı, insanlar hamının öləcəyini düşünürdü”.

Ailəsi prezidenti bu arzusunda dəstəkləməyib.