Koronavirusda 2-ci dalğa riski ən yüksək olan - 10 ölkə

  • 2020.06.26 15:07
  • 2552 Baxış
Koronavirusda 2-ci dalğa riski ən yüksək olan  - 10 ölkə
Çinin Xubey əyalətində meydana çıxan və bir neçə aya bütün dünyanı bürüyən koronavirus kabusu davam edir.

Pandemiya elan edilən COVİD-19 daşıyıcılarının sayı ilin birinci yarısı üçün 9 milyonu ötüb. Yarım milyona yaxın insan virusun qurbanı olub.
Bir çox ölkə aylarla davam edən mübarizə və sərt karantin rejimindən sonra virusa nəzarəti ələ ala bilmişdi. Lakin son günlərdə yoluxmaların artmağa başlaması həyəcan təbilinin yenidən çalınmasına səbəb olub.

Bu fakt isə koronavirusda ikinci dalğa xəbərlərinin də yayılmasına yol açıb. İngiltərənin Oksford universiteti ikinci dalğa riskinin ən yüksək olduğu 10 ölkənin adını açıqlayıb. Siyahı 45 ölkə ilə bağlı məlumatlar araşdırldıqdan sonra hazırlanıb.

Almaniya
Ukrayna
ABŞ
İsveçrə
Banqladeş
Fransa
İsveç
İran
İndoneziya
Səudiyyə Ərəbistanı

Minlərlə insanın öldüyü bu ölkələr sərt karantin rejimini may ayından yumşaltmağa başlamışdı.
Bundan başqa araşdırmada yumşaltma tədbirlərinə baxmayaraq artışın qeydə alınmadığı ölkələrin də adı açıqlanıb. Bu siyahıda Türkiyə, Belçika, Kanada, Polşa,Pakistan, Belarus, İtaliya, İspaniya, Sinqapur və Hollandiya var.