Koronavirusdan rəngi dəyişən həkim öldü - 4 ay sonra

  • 2020.06.03 15:04
  • 2172 Baxış
Koronavirusdan  rəngi dəyişən həkim öldü  - 4 ay sonra

Koronavirusa yoluxandan sonra dərisinin rəngi dəyişən çinli həkim həyatını itirib.

Medicina.az xəbər verir ki, dörd ay xəstəxanada müalicə edilən Hu Veifenqin həyatını xilas etmək mümkün olmayıb.

Onun dərisinin rənginin dəyişməsini koronavirusun qaraciyərinə zərər verməsi ilə əlaqələndiriblər.

Qeyd edək bu, bu, Çində aprelin 17-dən bəri koronavirusdan ilk ölümdür.