Koronavirusdan sağalan uşaqlarda hələ də simptomlar qalır - Araşdırma

  • 2021.09.14 12:41
  • 1085 Baxış
Koronavirusdan sağalan uşaqlarda hələ də simptomlar qalır -  Araşdırma
İsraildə aparılan araşdırmaya görə, hər 10 uşaqdan biri koronavirusu keçirdikdən sonra da xəstəliyin simptomlarını daşıyır.

Medicina.az xəbər verir ki, Səhiyyə nazirliyi yaşları 3 ilə 18 arasında olan və koronavirusu keçirən 13 min 864 uşağın valideynləri ilə araşdırma aparıb.

Nəticələrə görə, virusu keçirən uşaqların 11 faizində xəstəlikdən sonra da əlamətlərə rastlanılıb.

XƏSTƏLİKDƏN 6 AY SONRA SİMPTOMLARA RATLANILDI

12 yaşdan kiçik uşaqların 1,8, 12 ilə 18 yaş arasındakı uşaqların isə 4,6 faizində xəstəlikdən 6 ay sonra simptomlarla qarşılaşılıb.
İsraildə 200 mindən çox 18 yaşdan kiçik uşağın COVID-19-a yoluxduğu, bunlardan yarısının hər-hansı bir simptom göstərmədiyi bildirildi.
Qeyd edək ki, Təl-Əviv rəhbərliyi iyun ayında 12-15 yaş arası uşaqlara Covid-19 peyvəndi vurmağa başlayıb.