Koronaviruslu xəstələrin 14 günə sağalması doğru deyil – Gizli təhlükə

  • 2020.06.08 17:02
  • 3537 Baxış
Koronaviruslu xəstələrin 14 günə sağalması doğru deyil   –   Gizli təhlükə

Hər bir koronavirus xəstəsi təlimatlara əsasən tam sağalması sübut olunduqdan, yəni xəstəxanada və ya özünü təcriddə müalicə alsa da, 3 dəfə test edildikdən sonra evə yazıla bilər. Sonuncu 2 testin nəticəsi mənfi çıxmalıdır.

Medicina.az xəbər verir ki, son elmi tədqiqatlar göstərib ki, bəzi hallarda virus zərrəcikləri hətta müalicə almış, sağalmış hesab edilən və yaxma testi mənfi çıxan xəstələrin tənəffüs sistemində tapılır və bir müddət qalır.

Çinli alimlərin tədqiqatında 20 nəfər 70 yaşından yuxarı koronavirus xəstələri iştirak edib.

Onlar hamısı xəstəxanadan evə buraxılanda PÇR yaxma analizi veriblər. Burun və boğazdan götürülən analiz virusun olmadığını göstərib.

6 gün sonra pasiyentlər əlavə başqa testlərdən keçiriliblər və onların tənəffüs orqanlarında virus hissəciklərinin olub-olmaması yoxlanılıb.

20% xəstənin verdiyi nəfəs hissəciklərində virus qalıqları aşkarlanıb.
Bu xəstələrin yoluxub sağalmaya kimi olan dövrü 5 həftə çəkib.

Bu o deməkdir ki, koronaviruslu xəstələrin 14 gün ərzində müalicə olunub, testi neqativ çıxdıqda, evə buraxılması artıq onların yoluxduruculuq qabiliyyətinin olmaması demək deyil.

Xəstələr bir çox hallarda nəfəsləri ilə digər sağlam insanları yoluxdura bilər. Ona görə evə buraxılan xəstələrin daha 15 gün evdə qalmaları, küçədə və digər yerlərdə maska ilə gəzmələri vacibdir. Onlar bir müddət ətraf üçün real təhlükə daşıyır.

Alimlər xəstənin tam sağalmasından əmin olmaq üçün boğazdan yaxma ilə yanaşı tənəffüs analizi və döş qəfəsi KT aparılmasını məsləhər görür.

Xəstələri qısa müddətdə evə yazmaq istəyi və statistikanı qaldırmaq, əksinə təhlükəli tendensiyadır.