Kovid peyvəndi olunduqdan sonra - Hansı müayinələrdən keçməlisiz?

  • 2022.01.10 17:37
  • 2140 Baxış
Kovid peyvəndi olunduqdan sonra  - Hansı müayinələrdən keçməlisiz?

Koronavirusa yoluxub sağalandan sonra mütləq sağlamlığı yenidən müayinə etmək, bəzi analizlərdən keçmək lazımdır.

Medicina.az xəbər verir ki, rusiyalı həkim Aleksey Dekonskiy xəstələrin mütləq ürək və damarları yoxlamasının vacibliyini bildirib.

“Mütləq ürəyin elektrokardioqramma, EXQ, holter monitorinqi, təzyiqin müşahidəsi, qanda xolesterin, lipid analizi verilməli, ayaqda və boyunda damarlar dopler olunmalıdır.

Taxikardiya, təzyiq yüksəlməsi və gəzərkən təngnəfəslik varsa, mütləq kardioloq müşahidəsində olmaq lazımdır”.

Xəstələr ən azı virusdan sonrakı 1-2 ildə ürək-damar sistemini nəzarətdə saxlamalıdır.

Peyvənddən sonrakı 1 həftə ərzində yaşı 50-dən yuxarı olanlar qan ümumi, laxtalanma və D dimer analizi verib, qanın durumu və tromboza meyilliyi yoxlamalıdır.

Eləcə də ayaqlarında damar problemi, varikozu olanlar ayaq damarlaını dopler etdirsə yaxşı olar.