Kovid peyvəndindən sonra trombozun yarandığını göstərən ƏLAMƏTLƏR

  • 2021.10.14 15:52
  • 4776 Baxış
Kovid peyvəndindən sonra trombozun yarandığını göstərən  ƏLAMƏTLƏR
Artıq sübut olunub ki, hər 3 kovid xəstəsindən birində xəstəlikdən sonra tromboz yarana bilər.
Eləcə də kovid peyvəndindən sonra yaşlı insanlarda bu risk var.

Medicina.az xəbər verir ki, fleboloq damar cərrahı Aleksandr Smirnov koronavirus keçirmiş şəxslərin bu simptomlara diqqət yetirməli olduğunu açıqlayıb.

“Aşağı ətrafların, ayaqların şişməsi qan damarlarının tıxanması siqnalı ola bilər. Əgər görsəniz ki, əl-ayağınızın ölçüsü dəyişib, şişib dərhal həkimə müraciət edin. Bu trombozun olduğunu göstərir.

Eləcə də bədənin istənilən nahiyəsində dəri sahəsinin istiləşib qızarması və orda ağrının olması da siqnaldır.

Və yaxud əksinə, insan daim ayaqlarının soyumasından, donmasından şikayət edirsə, ayaqlarında pəncədə ağarma, göyərmə varsa, bu da ciddi əlamətdir.

Tənəffüsdə çətinlik, təngnəfəslik, nəfəsalmada təngimə ürəyin koronar damarlarının işemik problemini göstərir.
Ağciyərlərin tromboemboliyasında isə güclü öskürək və qanlı bəlğəm görünür.

Bütün bu hallarda əgər üstəlik xəstə kovid keçirib və ya peyvənd olunubsa, mütləq damar həkimi və kardioloqa getmək lazımdır”.