Kovidin Delta plyus ştammından ilk ölüm - Qeydə alındı

  • 25 İyn 2021 15:45
  • 387 Baxış
Kovidin Delta plyus ştammından ilk ölüm      - Qeydə alındı

Hindistanın Madhya-Pradeş ştatında koronavirusun “Delta+” ştammından ilk ölüm halı baş verib.

Bu variant geniş yayılmış “Delta” variantının mutasiyasıdır (B.1.617.2).

"Qeyd edək ki, “Delta+” ştammı tapılan beş nəfərdən dördü peyvənd edilib və hazırda sağlamdırlar. Ancaq peyvənd vurdurmayan xəstə virusdan ölüb. Bu səbəbdən hamını vaksinasiyaya çağırırıq”, - deyə ştatın naziri Vişvas Saranq jurnalistlərə açıqlamasında vurğulayıb.

Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, yeni ştamma yoluxmuş qadın 23 mayda ölüb, onun “Delta+” ştammına yoluxması testlərdən sonra məlum olub. Qadinin ərində də koronavirus tapılıb. Amma o daha əvvəl peyvənd vurdurubmuş. Qadın isə peyvənd vurdurmayıb.