Küncütün xərçəngdən qoruması sübut olundu

  • 2023.12.14 19:02
  • 1189 Baxış
Küncütün xərçəngdən qoruması  sübut olundu

Hindistan alimləri küncütün xərçəng əleyhinə təsirini sübut edib.

Küncütün aktiv maddələri qaraciyəri qoruyur, xolesterini azaldır, təzyiqi tənzimləyir, xərçəngin qarşısını alır.

“Medicina” xəbər verir ki, nutrisoloq Lana Belyayeva küncütün qədim ayurveda sistemində möcüzəvi təsirindən danışıb.

“Küncüt vitamin, zülal, minerallarla zəngindir. Kalsium, fosfor mənbəyidir.
Orqanizmə enerji verir, qadınlara faydalıdır.

Hindistanda küncüt yağı ilə baş, bədənin masajı, ondan daxilə qəbul miqren, diabet, psoriaz, hepatit, iltihabi proseslərdə istifadə olunub.

Küncüt həm də qarınişlədicidir.

Təmiz küncüt yağı ilə ağızı yaxalamaq sinusit və diş əti xəstəliklərini sağaldır.

Küncütdə olan sezamin antioksidant, antibakterial təsir edir. Məhz antioksidantlar hüceyrələri qocalmaq və ölməkdən qoruyur.

O, göbələk, mikoz, stafilakokkla mübarizə aparır.

Son elmi araşdırmalar sübut edib ki, küncüt yağı diabet xəstələrinin müalicəsində tətbiq edilə bilər.

Küncüt qanda qlükozanı kifayət qədər sala bilir”.

Aygün Musayeva