Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Kürdəmirdə daun sindromlu uşaq vəfat etdi

  • 2024.06.14 13:06
  • 1172 Baxış
Kürdəmirdə daun sindromlu uşaq  vəfat etdi
Kürdəmir rayonunda qrup olduğu üçün xəstəxanaya gətirilən 7 yaşlı uşaq ölüb.


Medicina.az report-a istinadla xəbər verir ki, hadisə iyunun 14-ü saat 12 radələrində qeydə alınıb.

Belə ki, rayonun Cəyli kənd sakini, daun sindromlu 2017-ci il təvəllüdlü Soltanov Soltan Elman oğlu qrip olduğu üçün Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin səyinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Hazırda araşdırma aparılır.