Liftlərdə koronavirus təhlükəsi - Necə qorunaq?

  • 2020.06.09 15:52
  • 1729 Baxış
Liftlərdə koronavirus təhlükəsi  - Necə qorunaq?


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 infeksiyasından qorunmaq üçün iş yerlərində, müxtəlif ofis binalarında və restoranlarda liftdən istifadə edənlərə müraciət ünvanlayıb.

Medicina.az xəbər verir ki, liftdən istifadə zamanı aşağıdakı qaydalara əməl etmək vacibdir:

- Lift növbəsində və liftin içərisində fiziki məsafəni qoruyun

- Maska taxın

- Əgər liftdə çox insan varsa, minməyin, növbəti gedişi gözləyin

- Lift daxilində üz-üzə durmamağa və söhbət etməməyə çalışın