Market və dayanacaqlarda maska taxmaq məcburi oldu - Yeni qaydalar

  • 2020.05.29 16:23
  • 5569 Baxış
Market  və dayanacaqlarda maska taxmaq məcburi oldu   - Yeni qaydalar

Növbələrdə və dayanacaqlarda maska taxmasaz cərimələnəcəksiz

Medicina.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.

Bundan başqa, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da maska taxılmalıdır.

Bu tələbin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.