Müasir həyat tərzi, qeyri-sağlam qidalanma, stress və yuxusuzluq mədə problemlərinin artmasına səbəb olur.
Medicina.az Türkiyə mediasına istinadla xəbər verir ki, qastroenteroloq Prof. Dr. Rəsul Kahraman sadə həyat tərzi dəyişiklikləri ilə qastrit, reflü və digər mədə xəstəliklərinin riskini azaltmağın mümkün olduğunu bildirib.
Onun sözlərinə görə, çips, qazlı içkilər, kolbasa məhsulları, hazır şorbalar, dondurulmuş pizza və digər paketlənmiş qidalar mədə turşusunu artıraraq selikli qişaya zərər verir. Əvəzində evdə hazırlanan yeməklər, tərəvəzlər, qatıq, salatlar, sobada bişmiş toyuq və balıq, həmçinin lifli meyvə-tərəvəzlərə üstünlük verilməlidir.
Həkim əlavə edib ki, stress və yuxusuzluq da mədə problemlərini ağırlaşdırır. Yeməkdən sonra qısa gəzinti, müntəzəm fiziki aktivlik, kifayət qədər su qəbulu və keyfiyyətli yuxu mədə sağlamlığını qorumağa kömək edir.
Xanım,
Medicina.az