Meksika prezidenti ikinci dəfə koronavirusa yoluxdu

  • 2022.01.11 15:33
  • 1976 Baxış
Meksika prezidenti ikinci dəfə koronavirusa yoluxdu

Meksika Prezidenti Andres Manuel Lopez Obradorun koronavirus testi müsbət çıxıb və o, hazırda özünü təcrid edib.


“Sizə bildirirəm ki, mən COVID-19-a yoluxmuşam və simptomlar yüngül olsa da, təcrid olunacağam, ofis işləri ilə məşğul olacaq və virtual ünsiyyət quracağam”, - deyə o bildirib.

Prezident həmçinin vurğulayıb ki, xəstəliyi zamanı onu daxili işlər naziri Adan Aqusto Lopez Hernandez əvəz edəcək.

2021-ci ilin dekabrında Meksika prezidenti koronavirusa qarşı “AstraZeneca” peyvəndinin üçüncü dozasını qəbul edib. 68 yaşlı dövlət başçısına buster doza mətbuat konfransı zamanı vurulub. O, təxminən bir il əvvəl də koronavirusa yoluxmuşdu. Onun sözlərinə görə, o zaman da simptomlar yüngül olub.