Məktəblər müvəqqəti olaraq bağlana bilər - Millət vəkili həkim

  • 20 Okt 2021 17:17
  • 1055 Baxış
Məktəblər müvəqqəti olaraq bağlana bilər -  Millət vəkili həkim
“Payız hər zaman virus və yuxarı tənəffüs yollarının xəstəlikləri üçün təhlükəli dönəm hesab olunur. Düşünürəm ki, bugünkü 2000 rəqəmi yeni dalğa deyil, virusun təbii göstəricisidir”.

Medicina.az xəbər verir ki, bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlama verən millət vəkili, həkim Rəşad Mahmudov deyib.

“Düzdür, məktəblərin açılması virusun yayılması üçün şərait yaradır. Yoluxmalar olduqca, lokal qapanmalar ola bilər. Ölkə səhiyyəsi nəzarətdən çıxacaq səviyyəyə gəldiyi zaman isə müvəqqəti olaraq məktəblərin bağlanması gündəmə gələ bilər”.