"Pəhriz vasitəsilə hər şey qaydasına düşür: xəstəliklər sağalır".
Medicina.az xəbər verir ki, Bizim.Media-ya müsahibəsi zamanı yazıçı-jurnalist, loğman, 92 yaşlı Ərşad Əzimzadə deyib.
Bu yaxında rəsmi olaraq işə qəbul olunan və iş başında olan, sağlamlıq və şəfa kitablarıın müəllifi 92 yaşa çatmasının sirlərini açıqlayıb.
"Əslində uzun illərdir ki, "İnci" şirkəti ilə sifarişlə çalışırdım. İndi isə işçi olaraq rəsmiləşdirildim. Mənim kitablarım burada nəşr olunur. "İnci" şirkətinə məxsus yeni "İzə" nəşriyyatı var: orada həm məsləhətçi kimi işləyirəm, həm də digər kitabların redaktəsini edirəm.
Hazırda şəkərli diabetə aid kitabın üzərində işləyirəm. Bundan başqa bədii əsərlə də məşğulam.
Mənə bu yaşda fiziki olaraq enerjini verən ən əsas təbii qidalardır. Baxmayaraq ki, səhhətimdə problem yaşadım, həyat yoldaşım dünyasını dəyişdi, bu itkidən çox sarsıldım, amma toparlandım. Yavaş-yavaş düzəldim. Amma zehni cəhətdən heç vaxt problemim olmayıb, hər şey öz qaydasındadır və həmişə də zəka və düşüncələrimə güvənmişəm.
Məhəmməd peyğəmbərin gözəl bir kəlamı var: "Bütün fəsadların yuvası mədədir, bütün dərdlərin dərmanı pəhrizdir". Pəhriz həqiqətən də çox faydalıdır. Mən məsləhət görərdim ki, ən birinci qidalanma qaydalarına düzgün əməl etsinlər. Mütəmadi olaraq, orqanizmlərinə uyğun pəhriz növü seçsinlər. Pəhriz vasitəsilə hər şey qaydasına düşür: xəstəliklər sağalır, insan nikbinləşir, cavanlaşır, yaddaş itiləşir, təfəkkür cilalanır, bu da onun işinə sirayət edir. Elə bir xəstəlik yoxdur ki, sağlam həyat tərzinin köməyi ilə və təbii yolla sağaltmaq mümkün olmasın".
Medicina.az